CİNGİLTİLİ

sif. Zil, nazik.
Şahpərinin cingiltili səsindən diksinən oğlan əlini lampadan çəkdi. B.Bayramov.
Silaya indi elə gəldi ki, [qızın] ağ əllərini belə görür, cingiltili, şən səsini eşidirdi. S.Vəliyev.

◊ Cingiltili samit dilç. – səs tellərinin iştirakı ilə tələffüz edilən səs (“kar samit” ziddi).

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİNGİLTİLİ gur — zil — uca

Antonimlər (əks mənalı sözlər)

  • CİNGİLTİLİ CİNGİLTİLİ – KAR Samitlər səs tellərinin iştirakına görə cingiltili və kar olmaqla iki yerə bölünür
CİNGİLTİ
CİNGİM

Digər lüğətlərdə