COZA

(Hamamlı)
yumru daş (uşaq oyununda). – Mən cozoyu elə vurdum, on addım getdi
COZ
COZDALANMAĞ
OBASTAN VİKİ
Cozayya Uillard Gibbs
'Cozayya Uillard Gibbs (d. 11 fevral, 1839 – ö. 28 aprel, 1903) — amerikan fiziki. Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871). Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.
Cozayya Bercess
Cozayya Bercess (ing. Josiah Burgess; 1689, İngiltərə krallığı – Abako adaları) — ingilis dəniz qulduru. O, Karib dənizində fəaliyyət göstərmiş və daha çox Nyu-Providensin "Uçan dəstə"sinin rəhbərlərindən biri kimi tanınır. Benjamin Hornigold və Henry Jennings ilə yanaşı, Burgess 1717-ci ilin əvvəlində Nassauda ən nüfuzlu dəniz quldurları arasında idi. 1719-cu ildə Bercessin gəmisi Abako adaları yaxınlığında dənizdə itmişdir, Bercess isə orada boğulmuşdur.