DÜMSÜKLƏMƏK

f.
1. Dirsəklə, yumruqla, yaxud burunla, ya da başqa bir şeyin ucu ilə vurmaq, itələmək, dürtmək.
Gecənin bir vaxtı elə bildim ki, uşaqların anası məni dümsüklüyür. C.Məmmədquluzadə.
Leyla dirsəyi ilə nənəsini dümsüklədi. Ə.Məmmədxanlı.

2. məc. Danlamaq, məzəmmətləmək; burunlamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜMSÜKLƏMƏK danlamaq — məzəmmətləmək — burunlamaq
  • DÜMSÜKLƏMƏK vurmaq — zoxmalamaq — itələmək — dürtmələmək
DÜMSÜKLƏMƏ
DÜMSÜKLƏNMƏ

Digər lüğətlərdə