DÖŞLÜK

is.
1. Paltarı təmiz saxlamaq üçün üstdən geyilən qolsuz önlük. Dəllək döşlüyü. Döşlüyün ətəyi. Uşaq döşlüyü.
– Restoran sahibi də başında araqçın, döşündə döşlük kürənin arxasında durub, … xörəkləri çəkib verir. Ə.Haqverdiyev.
[Usta Ağabala] cəld çərməyi tullayıb, döşlüyü döşündən qopartdı. Çəmənzəminli.
Qərənfil xala keçən il tikdirdiyi çit döşlüyü ilə yapışıb, qazanı yerə düşürdü. Ə.Vəliyev.

2. Əsasən bədənin döş hissəsini örtmək üçün altdan geyilən qolsuz paltar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖŞLÜK döşlük bax önlük
  • DÖŞLÜK önlük
DÖŞLÜ
DÖŞLÜKLÜ

Digər lüğətlərdə