DÖNGƏ

is. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri.
[Avtomobil] …gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır. C.Məmmədquluzadə.
…Ağıryüklü fayton əyri-üyrü və eniş-yoxuş yollara çatdıqda bir döngədə aşıb oxu və çarxı sındı. S.S.Axundov.

// Əsas küçədən ayrılan kiçik, dar küçə.
Əyri döngələrdə, dar küçələrdə; Səs-səmir kəsilir, adam azalır. R.Rza.
…Döngələrin birində [Səriyyə xala və uşaqları] qaynar bir izdihamın içinə düşdülər. M.İbrahimov.

// Küçənin tini.
Qarı isə məscid yanında durub, oğlu döngə başında gözdən itincəyə qədər onun ardınca baxdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖNGƏ DÖNGƏ Ayaz qabaqda tez-tez gedirdi. Bir neçə döngə keçdikdən sonra bir xarabaya girdi (M.İbrahimov); DÖNƏCƏK Tarqova küçəsinin dönəcəyində rastımıza b
  • DÖNGƏ tin
DÖNƏK
DÖNGƏL

Digər lüğətlərdə