DÜBARƏ

zərf [ fars. ]
1. İkinci dəfə, təkrar. Dübarə gəldi, yenə getdi.
– Bu halda həyətdə dübarə qalmaqal qopur. M.F.Axundzadə.
Yusifin sanma dübarə görə Yəqub üzünü. X.Natəvan.
Fərhad Aslanın sualına cavab vermədi.
Aslan dübarə soruşdu… C.Cabbarlı.
Herbert tapşırığını verib yenicə qurtarmışdı ki, Əhməd dübarə içəri girib təzim elədi. Ə.Vəliyev.

2. bax dülər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜBARƏ dübarə bax təzədən
  • DÜBARƏ təkrar

Etimologiya

  • DÜBARƏ Farsca dü “iki”, barə isə “dəfə” deməkdir (“ikinci dəfə” anlamını verir).Dü şeş (iki şeş) qəlibi üzrə əmələ gəlib
DÜA
DÜBBƏ
OBASTAN VİKİ
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).

Digər lüğətlərdə

всео́бщий вы́ступ парла́мент пу́псик сма́заться стега́ть стере́ть эх-ва́ вспа́ивать дурну́шка за́лпом лему́ры облови́ть отдура́читься па́хота предикати́вность соизда́тельский статс-секрета́рь стернево́й у́валень babygrand diapositive grand piano jap сальный