DAD

DAD I is. psix. Xarici duyğuların növlərindən biri, tam. Beş-on günlük ömrü var; Şirin bir yuxu yatsın; O da bilsin dünyanın ləzzətini, dadını (S.Vurğun).

DAD II is. [ fars. ] Fəryad, şikayət. Dünyanın əlindən dad çəkən zaman; Xəyal kölgəsində daldalandınız (B.Vahabzadə).

DAD III is. [ fars. ] Mahur muğamının ilk guşələrindən biri.

DAD IV is. [ fars. ] Kömək. İgid odur ki, elinin dərdli günündə dadına çatsın (M.İbrahimov).

DAD V f. Yemək, yoxlamaq, təcrübə etmək. Onun bişirdiyi xörəkdən bir az dadım.

ÇUXA
DAĞ

Digər lüğətlərdə