DAYAQ DURMAQ

kömək etmək, qayğı göstərmək; ~ dalında durmaq, ürək-dirək vermək, kömək əli uzatmaq.

DAVAM GƏTİRMƏK
DAYAQ VERMƏK
OBASTAN VİKİ
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Böyük dayaq (roman)
Böyük dayaq— Mirzə İbrahimovun romanı. == Mövzu == Əsər 1957-ci ildə yazılmışıdr. M. İbrahimovun bu əsəri sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub. Ailə və məişət zəminində yenilik və konflikt əsasında qurulan əsərin əsas sujet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu təşkil edir. Latış ədəbiyyatşünası Y. Çakurs Mirzə İbrahimovu "böyük dünyəvi problemlər qaldıran qüdrətli ədib" kimi səciyyələndirir, "Böyük dayaq" əsərinin ümumxalq şöhrətini onun sənətkarlıqla, ilhamla təsvirində, xəlqiliyində görür, maraqlı xarakterlərə, Azərbaycan torpağının misilsiz təbiətinə və müasir həyatına heyranlığını bildirir. Mirzə İbrahimovun "Böyük dayaq" ictimai-psixoloji romanı bir sıra müasir və aktual problemlərə vaxtında toxunduğuna görə, ciddi sosial əhəmiyyət kəsb edir. Sənətkarın irihəcmli sanballı əsərləri milli romana yeni keyfiyyətlər daxil etməklə yanaşı, müasir ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirir. == Obrazlar == Rüstəm kişi, Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan, Səkinə, Telli, Yastı Salman, Lal Hüseyn, Yarməmməd, Kələntər == Əsərdə işlənən folklor janrları == Qoşma, Bayatı, Sayaçı sözləri, alqış, qarğış, eyham, Atalar sözü və məsəllər, atmaca, məişət nəğmələri, "Muğam" əfsanəsi, xalq oyunu, xalq sınamaları == Həmçinin bax == Böyük dayaq (film, 1962) == Mənbə == Qarayev Y. "Meyar şəxsiyyətdir".
Dayaq (maye dinamikası)
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Böyük dayaq (film)
Böyük dayaq tammetrajlı bədii filmi rejissor Həbib İsmayılov tərəfindən 1962-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Əsas rolları Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov ifa edirlər. == Məzmun == Əsərdə olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi problemlər qaldırılmışdır. Burada kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndimizin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Sosial dramın əsas qayəsi : yalnız xalqa, kollektivə arxalanan rəhbər işçilər qarşılarına qoyduqları məqsədə çata bilərlər. == Film haqqında == Film aktyor Həsən Məmmədovun kinoda ilk işidir. Film Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmişdir. Filmdə səslənən Pərişanın mahnısı Xalq artisti Flora Kərimova-ya məxsusdur.
Böyük dayaq (film, 1962)

Dayaq və hərəkət sistemi (Anatomiya)
Dayaq və hərəkət sistemi — İnsan skeletinin sümükləri birləşdirici toxumanin bir növü olan sümük toxumasından təşkil olunmuşdur. Sümük toxumasından sinirlər və qan damarları keçir. Onun hüceyrələrinin çıxıntıları vardır. Sümük toxumasının 2/3 hissəsi hüceyrəarası maddədən ibarətdir. O bərk və sıx olub xassəsinə görə daşa oxşayır. Sümük hüceyrələri və bunların çıxıntıları içərisində hüceyrəarası maye ilə dolmuş çox xırda "kanalciqlarla" əhatə olunmuşdur. Sümük hüceyrələri kanalcıqların hüceyrəarsı mayesi vasitəsilə qidalanır və tənəffüs edir. Dayaq hərəkət sistemini sümüklər və əzələlər təşkil edir. Əzələlər bu sistemin fəal hissəsi olub sümükləri hərəkətə gətirir. Sümüklər isə nisbətən passiv hissəsi olub daha cox dayaq funksiyası yerinə yetirir.