DAŞDƏMİR

möhkəm, sağlam, dözümlü.
DASTANƏ
DAŞDI
OBASTAN VİKİ
Daşdəmir Abdullayev
== Siyahı ==
Daşdəmir Paşayev
Daşdəmir İsayev
Daşdəmir Qəhrəman oğlu İsayev (Дашдамир Гахраман оглы Исаев) — iqtisad elmi üzrə Рrofessor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi. Daşdəmir Qəhrəman oğlu Isayev 30 dekabr 1936-cı ildə anadan olmuşdur. O, 1957-ci ildə Gəncə Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1959-cu illərdə Qırmızı Azərbaycan adına Gəncə Mahud fabrikasında usta köməkcisi və usta işləməklə yanaşı, fabrikanın partiya təşkilat katibi vəzifəsində də calışmışdır. Azərbaycan KP Gəncə Şəhər Komitəsi onu qabaqcıl istehsalatçı və partiya işçisi kimi 1959-cu ildə Dörd-illik Bakı Ali Partiya Məktəbinə oxumağa göndərmişdir. Həmin məktəbi 1963-cü ildə bitirərək ali və ali siyasi təhsil almış, öz istəyi və arzusu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunda siyasi iqtisad müəllimi işləməyə başlamışdır. 1966-1970-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutun qiyabi aspirantı olmuş, siyasi iqtisad ixtisası üzrə 1970-ci ildə namizədlik və 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildə dosent və 1993-cü ildə professor elmi adlarını almışdır. D. İsayev 1964-1971-ci illərdə baş müəllim işləməklə yanaşı, İnstitut partiya komitəsi katibinin müavini və yerli komitəsinin sədri vəzifələrində də calışmışdır. Azərbaycan KP Mərkəzi Komitəsinin katibliyinin Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1972-ci il aprelin 18-də keçirilən iclasında D. İsayev siyasi iqtisad kafedrasının müdiri təsdiq edilmişdir.
Əmrə Daşdəmir
Emre Taşdemir (8 avqust 1995, Yeniməhəllə ilçəsi) — sol cinah müdafiəçisi kimi çıxış edən türk milli futbolçu. Superliqa komandalarından olan "Qalatasaray"-dan icarə əsasında "Giresunspor"-da çıxış edir.
Hacı Daşdəmir
Əbdürrəhim bəy Haqverdiyevin ədəbi fəaliyyətə Hacı Daşdəmir (1884) əsəri ilə başlamışdır. Ədib bu kiçik pyesi Şuşa real məktəbində təhsil aldığı dönəmdə yazmışdır. == Əsərin yaranması haqqında == 1884-cü ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur. Ədib özü deyir: "Yadımdadır, Mirzə Fətəlinin "Xırs quldurbasan"ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir" adlı bir komediya da Mirzə Fətəlinin "Hacı Qara"sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. О, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm". == Mənbə == Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri.
Hacı Daşdəmir (Əsər)
Qasımlı Daşdəmir ağa
Qasımlı Daşdəmir ağa — Rusiya-Osmanlı müharibəsi (1828-1829) dövründə Türkiyəyə daxil olmuş rus qoşunlarına qarşı müqavimət göstərən dəstələrdən birinin başçısı hesab edilir.
İsayev Daşdəmir Qəhraman
Daşdəmir Qəhrəman oğlu İsayev (Дашдамир Гахраман оглы Исаев) — iqtisad elmi üzrə Рrofessor, Azərbaycan Respublikasının Əməkdar Müəllimi. Daşdəmir Qəhrəman oğlu Isayev 30 dekabr 1936-cı ildə anadan olmuşdur. O, 1957-ci ildə Gəncə Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1959-cu illərdə Qırmızı Azərbaycan adına Gəncə Mahud fabrikasında usta köməkcisi və usta işləməklə yanaşı, fabrikanın partiya təşkilat katibi vəzifəsində də calışmışdır. Azərbaycan KP Gəncə Şəhər Komitəsi onu qabaqcıl istehsalatçı və partiya işçisi kimi 1959-cu ildə Dörd-illik Bakı Ali Partiya Məktəbinə oxumağa göndərmişdir. Həmin məktəbi 1963-cü ildə bitirərək ali və ali siyasi təhsil almış, öz istəyi və arzusu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunda siyasi iqtisad müəllimi işləməyə başlamışdır. 1966-1970-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutun qiyabi aspirantı olmuş, siyasi iqtisad ixtisası üzrə 1970-ci ildə namizədlik və 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1972-ci ildə dosent və 1993-cü ildə professor elmi adlarını almışdır. D. İsayev 1964-1971-ci illərdə baş müəllim işləməklə yanaşı, İnstitut partiya komitəsi katibinin müavini və yerli komitəsinin sədri vəzifələrində də calışmışdır. Azərbaycan KP Mərkəzi Komitəsinin katibliyinin Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1972-ci il aprelin 18-də keçirilən iclasında D. İsayev siyasi iqtisad kafedrasının müdiri təsdiq edilmişdir.
Arif Daşdəmirov
Arif Daşdəmirov — Azərbaycanlı futbolçu. Mövqeyi sağ cinah müdafiəçisidir, lakin sol cinahda da çıxış edir. Futbolçu 2010-2015 aralığında Bakının İnter klubunda oynayıb. 2015-2016 mövsümünü Qəbəbə klubunda keçirib. Futbolçu 2016-cı ildə Qarabağ klubuna transfer olunub.
Daşdəmirbəyli
Daşdəmirbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Daşdəmirbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin adı keçmışdə Kür çayı sahilində və Şirvan düzündə maldarlıqla məşğul olmuş mərzili tayfasının daşdəmirbəyli tirəsinin adındandır. XIX əsrin 70-ci illərində 10 ailədən, əsrin sonlarında isə cəmi 7 ailədən ibarət kicik icma olan daşdəmirbəylilərin adı ilə bağlı 1933-cu ildə Kürdəmir və Quba rayonları ərazisində iki kənd qeydə alınmışdır.
Daşdəmirbəyli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Elfak Daşdəmirov
Elmar Daşdəmirov
Museyib Daşdəmirov
Museyib Daşdəmirov-papaqçı Museyib Məmmədbağır oğlu 1874-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Əvvəl ticarətlə, sonra papaqçılıqla məşğul idi. Onun tikdiyi papaqlar, kürklər, kürdülər nəinki Qarabağda, bütün Azərbaycanda məşhur idi. Museyib əvvəlcə Fatışla, sonra Fatma Məşədi Məcid qızı Səfərova (İsmixanova) ilə ailə qurmuşdu. Yusif, Əlipaşa, Cahid adlı oğlanları, Səltənət, Əzizə, Sona, Mahirə, Rəmziyyə adlı qızları vardı. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Orxan Daşdəmirov
Rəvan Daşdəmirov
Taleh Daşdəmirov
Xəyyam Daşdəmirov
Əfrand Daşdəmirov
Əfrand Firuddin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru. Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir. Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.
Sahib Daşdəmirov
Rəhman Daşdəmirov
Rəhman Daşdəmirov (20 oktyabr 1999) — Azərbaycan Premyer Liqasında "Sabah"ın müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Daşdəmirov 2022-ci il fevralın 28-də Azərbaycan Premyer Liqasında "Şamaxı" FK-nın "Qarabağ" la oyununda debüt edib.