Daşdəmir Paşayev (azərb. Paşayev Daşdəmir Əlizaman oğlu; 1982, Bakı – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabiti, İkinci Qarabağ müharibəsi şəhidi[1]
Daşdəmir Paşayev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | "Canavar" |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Füzuli rayonu |
Vəfat səbəbi | şəhid olub |
Dəfn yeri | İkinci Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Mayor |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988–1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb.
1996–1999-cu illərdə Cəmşid Naxcivanski hərbi liseydə oxuyub. 1999–2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb.
Ailəli idi. Şəhidimizin anası və dörd övladı yadigar qalıb.
2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. İsveçrə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlamışdır. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılmışdır.
ANS kanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışmışdır.
Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenant kimi Paşayev Daşdəmir Əlizaman oğlu 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunmuşdur. Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. 13 oktyabr 2020-ci ildə Fizulidə qəhrəmancasına həlak olmuşdur.[2]
8 noyabr 2020ci ildə anasına təhvil verilmisdir. 9 noyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.