ZOL
(Bakı, Cənubi Azərbaycan, Gədəbəy, İmişli, Kürdəmir, Qax, Salyan, Şamaxı, Tovuz)
həmişə, daima. – İşə zol məyi yolleyırsan (İmişli); – O, zol köntö-köntö danışır (Bakı); – Zol sən gileylənersəη mənnən (Gədəbəy); – Sənə zol dimişəm, küçədə oynama (Salyan)
II
(Bərdə, Daşkəsən, Dəvəçi, Füzuli, Gədəbəy, Kürdəmir, Meğri, Salyan, Tovuz)
göndən uzununa kəsilmiş müəyyən hissə. – Bir zol gönnən üş cüt çarıx çıxır (Bərdə); – Bu gönnən neçə zol çıxartmağ olu? (Gədəbəy); – O gönnən bi zol mə: kəs (Salyan)
III
(Şəki)
baramaqurdunun üzərinə yarpaq döşəyərək düzəldilmiş sıra. – Qurt (baramaqurdu) bir az bö:yənnən sora yeyif <yayıb> zol düzəldiylər
IV
(Cənubi Azərbaycan, Göyçay, Kəlbəcər, Quba, Mingəçevir)
düz, birbaşa. – Qulaməli zol getdi, heç qayıtmadi (Cənubi Azərbaycan)