DOLU

sif.
1. İçərisi boş olmayan, ağzına qədər bir şeylə doldurulmuş, ya dolmuş. Dolu şüşə. Dolu qab. Dolu hovuz.
– Günlərimiz keçəydi qızğın fərəhlər kimi; Dolu qədəhlər kimi. M.Müşfiq.
Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal.
İri ocaqlar üstündə dolu qazanlar buğlanır… M.Rzaquluzadə.

2. Bir şeyin çoxluğunu, bolluğunu bildirir. Tamaşaçılarla dolu zal. Mağazalar malla doludur. Bazar meyvə ilə doludur.
– Küçə ilə bir gün keçərkən mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə.
Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Ə.Haqverdiyev.
Barjın göyərtəsi yükdaşıyan adamlarla dolu idi. M.Rzaquluzadə.

3. məc. Bir şeyin güclü təzahürünü bildirir.
Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.
Evi dərin bir maraq ilə dolu sükut bürümüşdü. H.Nəzərli.

// Eyni mənada hissiyyat haqqında.
[Qızının] hərgünkü bu təlaş dolu sualını oxumağa ana vərdiş etmişdi. Ə.Məmmədxanlı.

4. Dolğun, bir qədər kök, ətli-canlı.
[Sadığın] boyu ucadır, mənim boyum alçaqdı, amma mən ondan doluyam. C.Məmmədquluzadə.
[Ağca xanımın] dolu sifəti çəyirdək kimi qurumuşdu. Mir Cəlal.
Gülara xanım qırxqırx iki yaşlarında, ağsifət, dolu bir qadın idi. S.Rəhman.

5. Barıt, güllə, patron və s. qoyulub atılmağa hazırlanmış. Dolu tüfəng.
– Ayağa çəkilmiş dolu avtomatı boşaltmaq olmazdı. M.İbrahimov.
[Mollayev] yatanda balışının altında həmişə dolu tapança saxlayırdı. M.Hüseyn.

6. Dənələri çoxlu, şirəli və sıx olan. Dolu sünbül.
– Fazilov dolu və şüşə kimi şəffaf bir salxım götürüb … o yan-bu yana çevirdi. Mir Cəlal.

7. zərf Dərindən.
[Tapdıq] dolu bir nəfəs alıb müəllimə tərəf baxdı. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLU çox
  • DOLU dolğun — ətli — canlı

Omonimlər

  • DOLU DOLU I is. coğr. İlin isti dövründə buz halına düşən yağıntı. Cıdır meydanına dolu yağanda; Bəxtinə yəhərsiz bir yabı düşər

Antonimlər (əks mənalı sözlər)

  • DOLU DOLU – ARIQ Dolu qadın onun sözünü təsdiq etdi (C.Əmirov); Arıq kişi bir az da ona tərəf çəkilib dilini işə saldı (S

Etimologiya

  • DOLU Bir neçə mülahizə söyləmək olar: 1. “Bərk olmaq” mənasını verən dolmaq feili ilə qohumdur, boş (yumşaq) sözünün antonimidir
DOLU₂
DOLU-DOLU
OBASTAN VİKİ
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. == Etimologiyası == Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dolu (film, 2012)
Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. == Məzmun == Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. == Film haqqında == Film aktyor Mayak Kərimovun kinoda son işidir. Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir. Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Amontiladon dolu çəllək (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Paranormal hadisələrlə dolu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir.Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === == Xarici keçidlər == "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Günəşlə dolu dünya (film, 1973)
== Məzmun == Film Azərbaycan və SSRİ xalq rəssamı, Azərbaycan və SSRİ Dövlət Mükafatları, Cəvahirləl Nehru adına Beynəlxalq mükafatı laureatı Mikayıl Abdullayevin yaradıcılığına həsr olunmuşdur.
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.
Dolun Xan
Dolun Xan - türk və altay mifologiyasında məhsuldarlıq ilahı. Tolun Xan da deyilir. Heyvanların və əkinlərin məhsuldar olmalarını, çoğalmalarını təmin edər. Yer üzünə bərəkət verər. "Dolunay" (bütöv ay) ilə əlaqəli olma ehtimalı yüksəkdir. Çünki bütöv ay bərəkətin, tamlığın və gözəlliyin simvoludur. Nağıllarda, türkülərdə gözəl qızlar həmişə dolunaya bənzədilir. == Etimologiya == (Dol/Tol) kökündən törəmişdir. Doluluq, bolluq mənasını verər. Dolunay da ayın ən görkəmli halıdır və doluluq və çoxluq, bütünlük ifadə edər.
Dolunay Soysərt
Dolunay Soysərt — Türkiyə teatr, TV serial və kino aktrisası. == Həyatı == 25 mart, 1973-cü ildə Adanada anadan olub. == Maraqlı faktlar == Boyu: 164 sm Çəkisi: 65 kq == Karyerası == === Bədii filmləri === === TV serialları === === Teatr tamaşaları === == Mənbə == "Dolunay Soysert" (az.). Sinema Türk. Archived from the original on 2016-01-19. İstifadə tarixi: 2015-10-22..

Digər lüğətlərdə

вы́топки Каще́й обчёсывание отгиба́ние поу́мствовать театра́льство амнисти́роваться катре́н меднолите́йщик на глазо́к ниспроверже́ние самопря́лочник собесе́дование спец... чикану́ться электросва́рщик нанизать ceraceous exploitability nylghau sneezing squamae victimology иды крупнеть