DOVŞAN

“Səs” mənasını əks etdirən tavuş kəlməsi olub. Bundan da tövşümək, dov­şan sözləri əmələ gəlib. Dovşan sözü tövşümək feili ilə kökdaş olub. Dovşan sözü “yovşan”la da qohumdur. Yovşana “dovşanotu” da deyiblər. Dovşan çöldə, əsasən, yovşanla qidalanır. Bu baxımdan onların arasında qohumluq əlaqəsi ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DOVĞA
DOYMAQ
OBASTAN VİKİ
Dovşan
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Boz dovşan
Boz dovşan və ya Adi dovşan (lat. Lepus euporaeus) dovşanlar fəsiləsindən (lat. Leporidae) olan məməli növüdür. == Xarici görünüşü == Bədən uzunluğu 57 – 68 sm, çəkisi 4 – 6 kq-a, nadir hallarda 7 kq çatır. Ən iri fərdləri arealın şimal və şimal – şərq hissələrində qeydə alınır. Xarici görünüşcə boz dovşan daha uzun qulaqları (9,4 – 14 sm) və üst tərəfdən qara və ya qaramtıl – qonur rəngli uzun pazşəkilli quyruğu ilə (7,2 – 14 sm) ağ dovşandan asanlıqla ayırd edilir. Gözləri qırmızımtıl – qəhvəyi rəngdədir. Ağ dovşanla müqayisədə arxa ətrafları daha uzundur, lakin pəncələri qısa (pəncənin uzunluğu 13,6 – 18,5 sm) və dardır. Bunun səbəbi adi dovşanın qar örtüyünün çox olmadığı ərazilərdə yayılmasıdır. Yay tük örtüyü sarımtıl – boz, qonur, qəhvəyi, sarımtıl – qırmızı və ya zeytuni – qonur olur.
Dovşan (bürc)
Dovşan (lat. Lepus) — göyün cənub yarımkürəsində bürc.
Dovşan adası
Tavşan adası və ya Balıkçı adası (türk. Tavşan Adası, yun. Νέανδρος, Neandros adası) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Ada Böyükadadan 2 km cənubda yerləşir. Eni 90 metrdir. Ölçülərinin kiçikliyi səbəbindən yaşayış yoxdur. Ada Bizans imperiyası dönəmində dovşan ovunda istifadə edildiyindən bu cür adlanır. Adada bir məbədin qalıqlarını müşahidə etmək olar. == Mənbə == Aκύλα Μήλλα: "Πριγκηπόνησα", εκδ. "ΤΑ ΝΕΑ", 2008.
Ağ Dovşan (personaj)
Ağ Dovşan – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Ağ Dovşanın sayəsində Alisa "Möcüzələr ölkəsi"nə düşür.
Ac dovşan hücum edir
Bəxtigətirən Dovşan Osvald (personaj)
Bəxtigətirən Dovşan Osvald (ing. Oswald the Lucky Rabbit) — 1927-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Dovşan Peter (film, 2018)
Dovşan Peter (ing. — Peter Rabbit) — əsas qəhrəman eyni adlı personaj olan 2018-ci il istehsalı olan 3D animasiya-komediya filmidir. == Mövzu == Dovşan Peter 3 bacısı və kuzeni Berjamin ilə birlikdə yaşayır. Günlərini Mkqreqorun bağından meyvə-tərəvəz oğuramaqla keçirirlər. Qalan vaxtlarını isə yaxınlıqda yaşayan, dovşanların və təbiətin şəkillərini çəkən Bi ilə keçirirlər. Peterin atası Mkqreqor tərəfindən öldürüldükdən və anası öldükdən sonra Bi dovşanlara analıq etməyi öz üzərinə götürür. Bir gün Peteri tutmaq istəyən Mkqreqor ürək tutmasından ölür. Dovşan Peter isə iddia edir ki, Mkqriqoru o öldürüb. Mkqreqor öləndən sonra Peter bütün heyvanları evə dəvət edir və heyvanlar evi ələ keçirir. Bu sırada Mkqriqorun gərgin, idarə etəyi sevən Londonda yaşayan böyük qardaşı oğlu Tomas oyuncaq firmasında işləyir və müdir köməkçisi vəzifəsinə yüksələcəyini gözləyir.
Dırmanan dovşan
Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎 —Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920). Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır. == Xariçi görünüş == Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir.
Vallabi-dovşan
Vallabi-dovşan (lat. Lagorchestes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Dəcəl Dovşan (1981)
== Məzmun == Balacalar üçün nəzərdə tutulmuş bu film əsrarəngiz təbiət mənzərələri və bir sıra sərgüzəştlərlə zəngindir. Filmdə öz nadincliyi, şıltaqlığı və ərkəsöyünlüyü ilə seçilən, başqalarını tez-tez narahat etməkdən, incitməkdən zövq alan dəcəl dovşan balası haqqında söhbət gedir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Hikmət Ziya Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Əsgər Məmmədov, Reyn Raydme Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı : Vahid Talıbov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Tamkənaryarpaq Dovşan alması
Tamkənaryarpaq dovşanalması (lat. Cotoneaster integerrimus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Baltikyanı ölkələrdən Şimali Qafqaza qədər olan ərazilərdə bitir. == Botaniki təsvir == Düz dayanan, çox budaqlı, hündürlüyü 2 m-ə qədər olan, yumru çətirli, yarpağı tökülən koldur. Cavan zoğları tüklü olur, sonradan çılpaqlaşır. Yarpaqları uzunluğu 5 sm olub, enli-yumurtavari formadadır, üstü tünd yaşıl, parlaq, hamar, alt tərəfi isə bozdur. Çiçəkləri çəhrayı-ağ rənglidir, 2-4 ədəd sallaq salxımlarda yerləşir. May-iyun ayında çiçəkləyir, meyvələri avqust ayında yetişir. Meyvələri alqırmızı, diametri 1 sm-ə qədərdir. Meyvələri payızın axırına qədər ağacda qalır.
Dəcəl dovşan (film, 1981)
== Məzmun == Balacalar üçün nəzərdə tutulmuş bu film əsrarəngiz təbiət mənzərələri və bir sıra sərgüzəştlərlə zəngindir. Filmdə öz nadincliyi, şıltaqlığı və ərkəsöyünlüyü ilə seçilən, başqalarını tez-tez narahat etməkdən, incitməkdən zövq alan dəcəl dovşan balası haqqında söhbət gedir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Hikmət Ziya Operator: Antonina Korotnitskaya Quruluşçu rəssam: Əsgər Məmmədov, Reyn Raydme Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı : Vahid Talıbov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Qulaqsız dovşan (film, 2007)
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
Amerika ağ dovşanı
Amerika ağ dovşanı (lat. Lepus americanus) dovşanlar fəsiləsinin dovşan cinsinə aid məməli növüdür. == Yarımnövləri == Lepus americanus americanus Lepus americanus bairdii Lepus americanus cascadensis Lepus americanus dalli Lepus americanus struthopus Lepus americanus virginianus == Yeməlnmə == Bala dovşanın anasından 30-45 gün süd əmməsi lazımdır. Burada onların kifayət qədər süd əmmələri çox əhəmiyyətlidir, çünki ana südü ilə lazımi immunitet əldə edilər. Balalar bu immunitet ana südündən başqa heç bir qidadan götürə bilməzlər. Burada süd yalnız dovşan südü olmalıdır. Dovşan balaları 15 gündəlik olduqdan sonra ana südü ilə birgə quru yonca-quru saman və pelet yeyirlər. Dovşanların bəslənməsində digər bir məsələ onlara tərəvəz və meyvə vermənin zamanıdır. Bu qidalar sulu qida olduqlarından 3 aylıq yaşdan əvvəl verilmələri uyğun olmaz. Çünki həzm sisteminin inkişafı tam olaraq reallaşmamışdır.
Ankara dovşanı
Anqora dovşanı (türk. Ankara tavşanı) — uzun tüklü olduğuna görə həm tətbiqi, həm də dekorativ məqsədlər üçün yetişdirilən dovşan cinsləri qrupudur. Bu xəzdən anqora yunu — toxunuşda çox yumşaq zərif xovlu yun parça əldə edilir. Həm dekorativ heyvandarlıq üçün, həm yun əldə etmək üçün eyni cinslər yetişdirilir. Anqora dovşanlarından xəz istehsalı üzrə dünya lideri Çindir (illik 8 min tona qədər). Anqora dovşanının ömrü 7–10 ildir, xəzləri yeddi aylıqdan istifadəyə yararlı olur. == Tarixi == Anqora dovşanları dovşanların ən qədim cins qruplarından biridir. Onların yetişdirilməsinə Türkiyədə başlanmış və bu heyvanların ilkin adı Türkiyənin paytaxtı – əvvəllər Anqora adlandırılan – Ankaranın adı ilə verilmişdir, (Anqora keçiləri və pişiklərinə bənzər). Avropada bu heyvanlar XVIII əsrin ortalarında Fransada meydana çıxdılar və tez bir zamanda olduqca məşhurlaşdılar və XIX əsrin əvvəllərində anqora dovşanları demək olar ki, bütün qitəyə yayıldılar. Əvvəlcə anqora dovşanları Avropada zadəganlar arasında ev heyvanları kimi populyarlıq qazandı, bu cinslərin tətbiqi yetişdirilməsi daha sonra başladı.
Bihuşedici dovşandodaq
Bihuşedici dovşandodaq (lat. Lagochilus inebrians) - dovşandodaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxşaxəli yarımkol bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm-dir. Oduncaq gövdəli, sadə və ya budaqlanan, yuxarı hissəsi sıx yarpaqlı, aşağı hissəsi parlaq ağ gövdəlidir. Yarpaqlarının üzəri tükcüklərlə örtülü olub, geniş yumurtavaridir. Əsası pazşəkilli, 3-5 bölümlü, geniş yumurtavari bütövkənarlı və ya dişcikli-kənarlıdır. Aşağı yarpaqlarının uzunluğu 1,5-2 sm, yuxarısı 2,5 mm-dir. Çiçəyi oturaq, kasayarpağı möhkəm, horizontal, üçtərəfli-bizəbənzər olub, tüklüdür. Kasacığı uzunsov-zəngşəkilli, geniş qıfabənzərdir. Tacı ağ və ya solğun - çəhrayı olmaqla qəhvəyi damarlanmışdır.
Dağınıqcətirli dovşanalması
Dağınıqcətirli dovşanalması (lat. Cotoneaster pannosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Cənubi-Şərqi Çindir. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, sıxbudaqlı, dağınıq çətirli koldur. Yarpaqları kiçik, dairəvi, iti ucludur, kənarları azca dişlidir, qalın, səthi parlaqdır. Çiçəkləri xırdadır, qalxanvari salxımlarda yerləşir. May ayında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. == Ekologiyası == Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. == Azərbaycanda yayılması == Abşeron şəraitinə davamlıdır. == İstifadəsi == Çiçəkləmə və meyvəvermə vaxtı dekorativ görünür.
Dilsa dovşanalması
Dilsa dovşanalması (lat. Cotoneaster dielsianus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1-2 m olan, yarpaqlı koldur. Budaqları bozumtul-qara və ya qonurtəhər-qara, nazik, möhkəm tükcüklü, parlaqdır. Yarpaqları xətvari-lansetvari, çılpaq, (0,6)-2,5 x 0,8-1,5 sm, sıx, sarımtıl-boz və ya boz çalarlı, parlaq, ucu bizdir. Çiçək qrupu 3-7 çiçəkli, çiçək saplağı tükcüklü; çiçək altlıqları xətvari-lansetvari, 2-3 mm, tükcüklüdür. Çiçəklərin diametri 6-7 mm-dir. Hipantisi tükcüklü, ovaldır. Ləçəkləri düz, çəhrayı, enli, əks-yumurtavaridir, diametri 3-4 mm, bünövrəsi qısa, ucu kütdür.
Dovşanalması
Dovşanalması (lat. Cotoneaster) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dovşanbulağı (Nəmin)
Dovşanbulağı (fars. دوشان بلاغي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (24 ailə).
Dovşankələmikimilər
Dovşankələmikimilər (lat. Crassulaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Təbii yayılması == Cənubi Afrika, Meksika və Aralıq dənizi ölkələrinin quru, daşlıq yerlərində yayılan 35 cinsi və 1400 növü məlumdur. == Botaniki təsviri == Dovşankələmikimilərin çiçəkləri müntəzəmdir. İkicinsli, az-az hallarda bircinsli, ikievli bitkilərdir. Sadə, qarşılıqlı düzülmüş yarpaqları ətli, gövdəsi şirəli olur. Çiçəkləri ikiqat yanlıqlı, çox vaxt ikicinsiyyətli, beşüzvlüdür, ayrı-ayrı hallarda 3-4-6 üzvü olur. Kasacıqları sərbəstdir ya da nadir hallarda aşağıdan bitişikdir. Ləçəkləri sərbəstdir və ya az-çox bitişikdir. Erkəkcikləri 10, bəzən 6-8-12 və ya 20-dir.
Dovşanlar
Dovşanlar (lat. Leporidae) — dovşankimilər dəstəsinə aid məməli fəsiləsi.
Dovşanlı
Dovşanlı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Dovşanlı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Dovşanlı (Kəlbəcər)
Dovşanlı (əvvəlki adı: Araçadzor) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Araçadzor kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Aracadzor kəndi Dovşanlı kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Dovşanlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Dovşanlı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. === Tarixi abidələri === Dovşanlı kurqanları (e.ə. XI-IX əsrlərə aid 9 kurqan) kəndin yaxınlığında yerləşir. == Toponimikası == Bəzi mənbələrdə Ayıdərəsi adı ilə də yad olunur. XIX əsrdə bu kənddə yerləşmış ermənilər (1830-cu ildə Zəngəzurun Oxçu kəndindən) onun adını dəyişib Aracadzor kimi rəsmiləşdirmışdilər.
Dovşanlı (Meşkinşəhr)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 552 nəfər yaşayır (118 ailə).
Dovşanlı (Nir)
Dovşanlı (fars. دوشانلو‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (22 ailə).
Dovşanqulağı
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Dovşanqışlaq
Dovşanqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Arpaçayın yaxınlığında, rayon mərkəzindən 24 km məsafədə yerləşir. Zootoponimdir. Dovşan və qışlaq sözlərindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şirakavan (Şirakların qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == 1828-ci ildən sonra İran və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar mərhələ-mərhələ qovulmuşlar. 1918-20-cı illərdə azərbaycanlılar tam surətdə kənddən deportasiya olunmuşlar. 1926-cı ildə burada 1 nəfər azərbaycanlı yaşamışdır.
Dovşantəpə (Çaldıran)
Dovşantəpə (fars. دوشان تپهم‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 59 nəfər yaşayır (13 ailə).
Ac dovşan hücum edir (film, 2011)
Ac dovşan hücum edir (ingiliscə orijinal adı: Seeking Justice, Azərbaycan dilində: Ədalət axtarışında) 2011-ci ildə Rocer Donaldsonun rejissorluq etdiyi və Tobey Maguire və Ram Bergman tərəfindən istehsal olunan filmdir. Çəkilişləri Nyu Orleanda aparılmışdır. Rusiyada premyerası 12 yanvar 2012-ci ildə baş tutmuşdur. == Süjet xətti == Baş qəhrəman Nik Cerardın həyat yoldaşı Laura təcavüzə məruz qalır, vəhşicəsinə döyülərək, başından güllə yarası alır. Sağ qalmaq şansı demək olar ki, sıfıra bərabər olsa da, möcüzəvi şəkildə sağ qalır. Həyat yoldaşını zorlayan şəxsin yaxalanmasında hüquq mühafizə orqanları heç bir nəticəyə nail olmadığından, alternativ variantlar axtarır. İş elə gətirir ki, gizli fəaliyyət göstərən və seksual manyakları öz gücləri hesabına cəzalandıran və ya zərərsizləşdirən dəstənin başçılarından biri ilə tanış olur. Həmin qrupun nümayəndəsi cinayətkarı öldürərək, morqa zəng vurur və "Ac dovşan hücum edir" ifadəsini işlədir. Ancaq təcavüzkar heç də təmənnasız olaraq cəzalandırılmayıb. Bunun müqabilində Nik dəstə üçün bir neçə tapşırıq yerinə yetirməlidir.

Значение слова в других словарях

всо́вываться вы́воротка зазу́бренный полиэтиле́н помеша́ться портомо́йка смущённый фотодокументали́стика эпиле́птик глаза́стый кора́ лука́во надкле́ивать напёрсток потренирова́ться уголо́вник хитрю́ще спираль Adeline alexandrite Belorussian poisoning sal skip tracer наследственный