DÜZÜM

is.
1. Bir ipə düzülmüş miqdar. Bir düzüm muncuq. Bir düzüm qax.
– Savadın əlində köhnə bir dəsmal; İçində şabalıd, fındıqla üzüm; Qozlu sucuqlardan beş-altı düzüm. H.K.Sanılı.
Bu hədiyyə iki düzüm; Kəhrəbaydı, rəngi sarı. M.Dilbazi.

2. Düzülmə, sıralanma, tərtib qaydası; sıra. Segah, çargah, rast, şur, hümayun və s.
Azərbaycan muğamları əsasında yaranmış Azərbaycan xalq mahnıları bu muğamlar kökündə olan səs düzümləri ilə üzvi surətdə bağlıdır. Ə.Bədəlbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜZÜM sıralanma — sıra
DÜZÜLÜŞMƏK
DÜZÜNƏ
OBASTAN VİKİ
Saçlarına gül düzüm (mahnı)
Saçlarına gül düzüm — sözlərinin müəllifi Yusif Həsənbəy, bəstəkarı isə Rauf Hacıyev olan Azərbaycan mahnısı. == Yazılma tarixi == == Sözləri == Nəqarət: Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Mehribanım, əzizim, Gəl, gülsün üzüm! Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Mehribanım, əzizim, Gəl, gülsün üzüm! Nəqarət: Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Sənsiz mən necə dözüm, Bilmirəm özüm… Saçlarına gül düzüm, Mənim günüm, gündüzüm! Mehribanım, əzizim, Gəl, gülsün üzüm! Gəl, gülsün üzüm! Gəl, gülsün üzüm!
Səfəvilərlə əlaqədar hərbi əməliyyatların düzümü
== Səfəvilər ilə bilavasitə və ya bilvasitə əlaqədar döyüşlərin, yürüşlərin, mühasirə və sair hərbi əməliyyatların hərfi düzümü: ==

Digər lüğətlərdə