EFFECT

effect1

n 1. nəticə, yekun; cause and ~ səbəb və nəticə; ~s of war müharibənin nəticələri; 2. məqsəd; niyyət; to this ~ bu məqsəd üçün, bu məqsədlə; 3. təsir; the ~ of light işığın təsiri; 4. həyata keçmə / keçirmə / keçirilmə, yerinə yetmə / yetirilmə; to give ~ to həyata keçirmək (qanunu); to put / to bring / to carry into / to ~ həyata keçirmək, yerinə yetirmək; 5. təsir, effekt, təəssürat; for ~ təsir bağışlamaq üçün; general ~ ümumi təəssürat

effect2

v həyata keçirmək, yerinə yetirmək; icra etmək; The admission to membership in the U.N. will be effected by a decision BMT üzvüyünə qəbul qərar ilə olacaq

EDUCATOR
EFFECTIVE
OBASTAN VİKİ
CNN effect
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir. 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar. == Tarix == 1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi. == Təndiq == ABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi. O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.