CNN effect
CNN effekti (ing. CNN effect) — siyasi elmdə və mediada istifadə olunan CNN effekti fenomeni CNN telekanalinin dünyadakı humanitar vəziyyətlərin şokedici şəkillərinin mediada istifadəsi vasitəsilə Amerika siyasətçilərini bu vəziyyətlərə müdaxilə etməyə səsləsməsidir. 24 saatlıq beynəlxalq televiziya kanalı, Cable News Network və ya CNN kimi tanınan xəbər kanalı, keçmiş Soyuq Müharibə dövründə dövlətlərin xarici siyasətinin formalaşmasında mühüm rol oynayıb. Dövlətin "dördüncü qolu" olan azad media demokratiyalarda həmişə siyasətə təsir edir. Azad media olduğu müddətcə, CNN effektinin demokratik ölkələrin siyasi qərarlarına təsiri böyük olmuşdur. CNN effekti iddiasını təklif edənlərin dediyinə görə keçmiş formalardan fərqlənən, yeni təsir etmə növü yaradıblar.
== Tarix ==
1989-cu ilin Tyananmen meydanı hadisələri, Varşava Müqaviləsi Təşkilatının dağılması, Körfəz müharibəsi, Bosniya müharibəsi və 1993-cü ilin Moqadişo döyüşü kimi hadisələr zamanı CNN bu məsələləri ABŞ və dünyanın siyasi gündəminə gətirməklə siyasi qərarlarda, o cümlədən hərbi gücü işlətmək kimi qərarların qəbul edilməsində təsirini göstərmişdi.
== Təndiq ==
ABŞ diplomatı və beynəlxalq münasibətlərin realist nəzəriyyəçisi, Corc Kennan KİV-in siyasi qərar verməkdə rolunun qalxması və dövlətinin dördüncü qolu kimi sayılmasını təndiq edirdi. O deyirdi ki, beynəlxalq münasibətlərin sabitliyi və onun təxmin oluna bilən olmağı üçün, siyasi idarə milli siyasi elitaların əlində qalmalıdır.