ENGINE HOUSE

n parovoz deposu

ENGINE-DRIVER
ENGINEER
OBASTAN VİKİ
Creation Engine
Creation Engine (azərb. "Yaradılma" mühərrik‎) — "Bethesda Game Studios" tərəfindən hazırlanan oyun mühərriki. "Creation Engine" "The Elder Scrolls V: Skyrim" və "Fallout 4" kimi rol videooyunlarında istifadə edilmişdir. == İstehsal == "Creation Engine" "Bethesda Game Studios" tərəfindən hazırlanan təşkilatdaxili oyun mühərrikdir ("XnGine" "Bethesda"nın keçmiş təşkilatdaxili mühərrikidir). "The Elder Scrolls III: Morrowind", "The Elder Scrolls IV: Oblivion" və "Fallout 3" oyunlarını "Gamebryo" mühərriki ilə yaratdıqdan sonra, "Bethesda" "Gamebryo" qrafikalarının köhnəlmiş olduğuna və gələcək oyunları olan "The Elder Scrolls V: Skyrim" üçün yeni bir mühərrik üzərində işləməyə qərar vermişdir. Başqa bir şirkət tərəfindən ("Obsidian Entertainment") yaradıldığına görə, "Fallout: New Vegas" mühərrikindəki yeniləmələrin heç biri "Creation Engine"ə köçürülməmişdir. "Skyrim" yaradıldıqdan sonra, "Bethesda" mühərrikin qrafik mərkəzini inkişaf etməyə başladı. Yenilənmiş versiya "Fallout 4"-ü yaratmaqda istifadə edilmişdir. == İstifadə edən oyunlar == The Elder Scrolls V: Skyrim (2011) Fallout 4 (2015) == İstinadlar == == Xarici keçidlər == Robert Purçis. "TESV: Skyrim powered by Creation Engine" (ingilis).
Fox Engine
Fox Engine — multiplatform bir oyun mühərrikidir. Kojima Productions tərəfindən qurulub. Hesab edilir ki, bu mühərrik videooyunların növbəti nəsili (ing. next generation) üçün nəzərdə tutulmuşdur. Mühərrikin inkişafı Metal Gear Solid 4: Guns of the Patriots tamamlanmasından sonra başlandı. Hədəf dünyada ən yaxşı mühərriki yaratmaq idi. Bu mühərrik Kojima Productions-a vaxtını əhəmiyyətli dərəcədə azaldıb, multiplatform oyunları hazırlamağa imkan verəcək. Həmçinin bu bir platforma üçün oyunların yaradılmasından imtina üçün addımdır. Mühərrik Fox adını Metal Gear oyun serialında olan uydurulmuş hərbi hissə şərəfinə alıb, həmçinin tülkü (ing. fox) Kojima Productions loqotipində təsvir edilmişdir.
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Search engine
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, Bing, DuckDuckGo, Google, Rambler, Yahoo!, Yandex). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Unreal Engine
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
Wimzie's House
Wimzie's House (ing. Wimzie's House) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 4 mart 1995-ci il ilə 31 avqust 1996-cı il arasında yayımlanmışdır.
"Chatham House" qaydası
"Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. == Qayda == Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. == Məqsədi == Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır. 1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir.
Unreal Engine 3
Unreal Engline (azərb. "Qeyri-real" mühərrik‎) — "Epic Games" tərəfindən hazırlanan videooyun mühərriki. Bu mühərrikdə yaradılan ilk oyun – "Unreal" 1998-ci ildə satışa çıxarılmışdır. O vaxtdan etibarən mühərrikin müxtəlif versiyaları yüzdən artıq oyun və digər layihələrdə istifadə edilmişdir. Azərbaycanın "Survival horror" janrında olan ilk videooyunu "Sonuncu Dalan" bu mühərrikdən istifadə edilərək hazırlanmışdır.
House of Balloons
House of Balloons — kanadalı müğənni The Weeknd-in ilk miksteypi. 21 mart 2011-ci ildə öz sahib olduğu musiqi şirkəti XO tərəfindən buraxılıb.
House Of Mystic Lights
House Of Mystic Lights (azərb. Mistik işıqlar evi‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilən mahnısıdır.