ERKƏKCİK

is. bot. Bitki çiçəklərinin erkək döllüyünün adı.
Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində həm erkəkciklər, həm də dişiciklər olur. M.Axundov.

ERKƏKCƏ
ERKƏKLƏMƏK
OBASTAN VİKİ
Erkəkcikli böyrəkotu
Erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin böyrəkotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Erkəkcikli böyrəkotu böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır. Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır.

Digər lüğətlərdə