EVIDENTLY

adv görünür / yəqin ki, ehtimal / olsun ki, şübhəsiz

EVIDENT
EVIL
OBASTAN VİKİ
Evidently Chickentown
Evidently Chickentown (azərb. Şübhəsiz ki, çolpa şəhəri‎) — Böyük Britaniya şairi Con Kuper Klark tərəfindən yazılmış poema. Poema faydasızlıq və qıcıqlandırma hissi yaratmaq üçün təkrarlanan təhqirlərdən istifadə edir. Klarkın 1980-ci ildə buraxılmış "Snap, Crackle & Bop" albomunun bir hissəsi olan poemanın sözlərində realizm, musiqisində isə qorxuducu və tündməcaz notalar mövcuddur. Poemanın sözləri Endrü Ceyms Freyzer Bler tərəfindən Kapitan Hemiş Bler təxəllüsü altında yazılmış "The Bloody Orkneys" əsəri ilə oxşarlığı var. Klark 2009-cu ildə bildirmişdir: "Mən onu bilə-bilə koplayamadım. Lakin mən yəqin ki, həmin peomanı illər əvvəl dinləmişəm. Bu, heyranedicidir". "Evidently Chickentown" Denni Boylun 2001-ci ildə çəkdiyi "Fahişə" və Jak Audiarın 2012-ci ildə çəkdiyi "Pas və sümük" filmində səsləndirilib. Klark Anton Korbeynin 2007-ci ildə çəkdiyi "Kontrol" filmində özünü canlandırır və bu peomanı səsləndirir.