Gunnm: Martian Memory
Gunnm: Martian Memory (銃夢 ~火星の記憶~, Ganmu Kasei no, azərb. Silah yuxusu: Mars xatirəsi) — "Yukito Products" tərəfindən hazırlanan və "Banpresto" şirkəti tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Battle Angel Alita" manqa seriyasına əsaslanan videooyun tarixində 27 avqust 1998-ci ildə Yaponiyada PlayStation platforması üçün satışa çıxarılmışdır. "Battle Angel Alita" manqa seriyasının əsasında hazırlanan, eləcə də "Yukito Products" şirkətinin yeganə videooyunudur.
== Məzmun ==
"Gunnm: Martian Memory" "Battle Angel Alita" manqa seriyasının bir adaptasiyasıdır. Oyunun məzmunu Alitanın (Qalli) Daysuke İdo tərəfindən tapılması ilə başlayır və "TUNED" agenti olmasına qədər davam edir. Oyunun məzmununda müəllif Yukito Kişironun orijinal manqanı yaradan zaman fikirləşdiyi, ancaq o zaman gerçəkləşdirə bilmədiyi elementləri daşıyır. Bu elementləri oyunun kosmosda keçməsi də daxildir.
== Geympley ==
Oyunçu məzmunda irəliləmək üçün onu və hər səviyyədə olan boss raundlarını bitirməlidir. Oyunçu Alitanı üçüncü-şəxs perspektivindən üçölçülü bir mühitdə idarə edir.