FIRTINA

is.
1. Güclü küləklə dənizin şiddətlə dalğalanması; qasırğa, tufan. Dənizdə fırtına var.
– Elə bu vaxt fırtına; Daha da bərk gurladı. İ.Səfərli.
Sakit görünsə də çox zaman dəniz; Orda çovğun da var, fırtına da var. H.Arif.

// Fırtınalı hava. Bu fırtınada hara gedirsən? Fırtınadan bayıra çıxmaq olmur.
2. məc. Coşqun, gurultulu, təlatümlü, mübarizələrlə, keşməkeşlərlə dolu həyat mənasında.
Günəş çıxdı səhər tezdən; Fırtınadan doğuldum mən. N.Xəzri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIRTINA fırtına bax tufan
  • FIRTINA boran — tufan

Etimologiya

  • FIRTINA Yunan sözüdür, mənası “qasırğa” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
FIRTIQLI
FIRTINALI

Digər lüğətlərdə