1. Çin imperatorlarının titulu.
2. Farfor, çini qab; məcazi mənada: gözəl qab-qacaq.
Sevdiyimin hüsnü qüreyşin nuri,
Kənanın Yusifi, Çinin fəqfuri,
Deyirlər, behiştdə çox olur huri,
Onlar da köhnəlib, yar təzə-tərdi.
(“Abbas və Gülgəz”)
*
Dastanda toponim kimi də işlənir:
Şəhrzardan çıxıb yetdim Fəxfura,
Gəzdim Türkü, Misri, yetişdim bura.
(“Dilsuz və Xəzangül”)