FƏHMƏN
FƏHMİDƏ
OBASTAN VİKİ
İlqar Fəhmi
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi; 1975, Bakı) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi. İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.
Əhməd Fəhmi
Əhməd Fəhmi bin Camil (d. 20 aprel 1987) — Sinqapur Super Liqa komandalarından olan Houm Yunayted FK klubunda forma geymiş və hücumçu kimi çıxış etmiş Sinqapur futbolçusudur. Hal-hazırda futbol oynamır. Əhməd Fəhmi 1987-ci ildə Sinqapurun Tampines şəhərində Camil Bin Savi və Layla Binte Azzan Abdatın ailəsində anadan olmuş və burada boya-başa çatmışdır. O, Qiaonan İbtidai Məktəb və Pasir Ris Orta Məktəbində təhsil almışdır. Onun həmçinin Əhməd Fərhi Bin Cəmil adlı kiçik qardaşı var. O, hazırda digər sahələrdə çalışır. Əhməd Fəhmi futbol karyerasına 1998-ci ildə "Houm Yunayted" klubunda başlamışdır. Klubun gənclərdən ibarıt əvəzedici yığmasında çıxış etməyə başlamışdır. O, həmçinin 2004 və 2005-ci ildə Sinqapurun gənclərdən ibarət yığması ilə Lion Siti Kuboku iştirak etmişdir.
Əli Fəhmi
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas. Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır.
Həsən Fəhmi Əfəndi
Həsən Fəhmi Əfəndi (1795, Akşehir, Konya ili – 1881, Mədinə, Hicaz vilayəti) — Osmanlı İmperiyasının 149-cu şeyxülislamı (1868–1871), müdərris (müəllim), kazasker (qazi-əsgər), alim. == Haqqında == Kiçik yaşlarından elmə olan böyük marağı olan Həsən Fəhmi Əfəndi ilk təhsilini Konyada alıb. Təhsilini uğurla başa vurub Amasyadan Konyaya gələn Kara Halil Əfəndi ilə birlikdə İstanbula yola gedir. Vidinli Mustafa Əfəndinin yanında dərs almağa davam edən Həsən Fəhmi Əfəndi təhsilini uğurla başa vurub Ayasofya Camisində tədris fəaliyyətinə başlayır. 1847-ci ildə Haric rürbəsi ilə Feth-ül-Gazi mədrəsəsinə müdərris təyin edilir. Müxtəlif mədrəsələrdə müdərrislik edib elm öyrətdikdən sonra Sahn-ı Seman (Fatih) mədrəsələrində müdərris olur. Çoxlu tələblər yetişdirdi. Yalnız şeyxülislamların dərs dediyi Bəyazid mədrəsəsində dərs vəkili vəzifəsinə təyin edildi. 1861-ci ildə Sultan Əbdüləzizin hakimiyyətə gəlişindən sonra hoca olub, "Camiurriyaseteyn" ünvanına sahib oldu. Sultan Əbdüləzizin Misir səfərində iştirak etdi.
Mustafa Fəhmi Kubilay
Mustafa Fehmi Kubilay (1906, İzmir, Aydın vilayəti – 23 dekabr 1930, Menəmən, İzmir ili) — Türkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menemen hadisəsi zamanı Menemendə məhəllə gözətçiləri Hasan və Şevki ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı sırasında öldürülmüşdür. Kubilayı Dərviş Mehmet öldürmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur. 15 noyabr 1906-cı ildə Adananın Kozan ilçəsində doğulub. Atası Hüseyin Karavana, anası Zeynep xanımdır. Evin sonbeşiyi idi. Fatma adında bacısı, Demir və Ali adlarında qardaşları vardı. O, 1912-ci ildə ailəsiylə birlikdə İzmirə köçür. Daha sonra onlar Aydın ilinə, qohumlarının yanına köçürlər.
Mustafa Fəhmi Xubilay
Mustafa Fəhmi Xubilay (türk. Mustafa Fehmi Kubilay; 1906, İzmir, Aydın vilayəti – 23 dekabr 1930, Menəmən, İzmir ili) — Türkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menəmən hadisəsi zamanı Menəməndə məhəllə gözətçiləri Həsən və Şövqi ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı əsnasında Dərviş Mehmet tərəfindən öldürülmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur. O, Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə yad edilmişdir. Bu ləqəb onun həyatında mühüm yer tutmuş və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlanmışdır. Xubilay təyin olunduğu məktəblərin birində tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla ailə həyatı qurmuş və onların bir oğlu olmuşdur. Xatirəsinə bir çox əsərlər ithaf edilmiş və müxtəlif obyektlərə onun adı verilmişdir. Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur. Onun xatirəsinə 2023-cü ildə 17-ci dəfə təşkil olunan marafon keçirilmişdir.
Fəhmin Hacıyev
Fəhmin Hacıyev (23 aprel 1959, Ucar) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992–1993). == Həyatı == Fəhmin Əhmədpaşa oğlu Hacıyev 1959-cu il aprelin 23-də Ucar şəhərində anadan olub. == Hərbi xidməti == 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb. Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub. Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
Fəhmin Muradbəyli
Fəhmin Muradbəyli (16 mart 1996, Bakı) – azərbaycanlı peşəkar futbolçu. Gənc dönəmində Barselona FK akademiyasının gənclər heyətində çıxış edib və bombardir olub. Sonradan bir neçə klub dəyişən futbolçu, son olaraq İrəvan FK komandasında çıxış edib. 18 mart 2024-cü ildə danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Fəhmin Quliyev
Əli Fəhmin
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas. Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır.

Digər lüğətlərdə