Fiziokratiya
Fiziokratiya (fr. physiocrates, q.yun. φύσις — təbiət və κράτος — güc, hakimiyyət, «təbiətin hakimiyyəti» anlamında) — Fransa iqtisadi məktəbi.
Fransua Kene fiziokratizmin əsasını qoymuş və bu məktəbin rəhbəri idi. O, nəinki fiziokratlar məktəbinin əsasını qoymuş, hətta fiziokratizmin iqtisadi və siyasi proqramını formalaşdırmışdır. F.Kenenin ideyalarını və axtarışlarını XVIII əsrin ikinci yarısı Fransasının dövlət xadimi baş maliyyə nəzarətçisi Ann Raber Jak Tyürqo (1727-1781) davam etdirmişdir. Fiziokratizmin ideyalarını P.Dyupon de Nemur, Viktor Mirabo, P.Mersye de la Rivyer, Q.Letron təbliğ edirdilər. Belə ki, həqiqi fiziokratlar məktəbi, öz dövründə adlandırıldığı kimi "iqtisadçılar" məktəbi yaranmışdı.
Fiziokratizmdə olan bu ikililik onların dəyərin mahiyyətini başa düşməməsindən irəli gəlirdi.
Belə bir hal onunla əlaqədar idi ki, Fiziokratların nəzəri bazası yox idi, əmtəə və dəyərin təbiətini onlar təhlil etməmişdilər.