FIRTINALI

sif.
1. Fırtınası olan, boranlı, qasırğalı, coşqun. Fırtınalı hava. Fırtınalı okean.
– Fırtınalı göylərimi yaxmaq istər ildırımlar; Nə zaman ki qərib ruhum yad ellərdən cana doyar. Ə.Cavad.
Divarlarda fırtınalı dəniz batan gəmi, tufan vaxtı dənizdə yanğın və bu kimi mənzərələr rəsm edilmişdi. M.Süleymanov.

2. məc. Keşməkeşli, qovğalı, boranlı, gurultulu hadisələrlə dolu. Fırtınalı zəmanə.
– 1904-cü ilin fırtınalı günləri idi. A.Şaiq.

// məc. Coşqun.
Soltan … fırtınalı bir gənclik həyatı keçirmişdir. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FIRTINALI şiddətli — coşğun
  • FIRTINALI boranlı — tufanlı

Antonimlər (əks mənalı sözlər)

  • FIRTINALI FIRTINALI – SAKİT Şair dostum fırtınalı dənizi daha çox sevir (M.İbrahimov); Hava sakit idi (M.İbrahimov)
FIRTINA
FISILDAMA

Digər lüğətlərdə