FISQIRIQ


1. bax fit. Ortada bir sükut vardı.
Yalnız elektrik qatarının bir-birini təqib edən əsəbi fısqırığı eşidilirdi. S.Hüseyn.

2. məc. Hay-küy, qiyamət, həngamə, qalmaqal. Fısqırıq qalxmaq.
[Gilə] qapını açıb bayırı Əvəzə göstərərək dedi: – A kişi, heç sən bu həyətdəki fısqırığı eşitmirsən? Ə.Vəliyev.
[Nazlı Gülzara:] Şəhərdə yaman fısqırıqdır, xala, danışırlar ki, ingilislər fəhlələrə güllə açıblar. Ə.Məmmədxanlı.

◊ Fısqırığa basmaq – bax fitə basmaq (“fit”də). Onda da camaat tökülmüşdü.
Kişini fısqırığa basmışdılar. Mir Cəlal.

FISILTI
FISQIRMA

Digər lüğətlərdə