GÖMGÖY₂


1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça.
– Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov.
Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.

2. zərf Soyuqdan, hirsdən göyərmiş. Hirsindən gömgöy olmaq.
– İşləmiş qanına bu quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir. S.Vurğun.
[Şamxalın] gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. İ.Şıxlı.

3. is. Zərbə və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn tünd-göy ləkə.
Qonşular hələ o vaxt deyirdilər ki, Minayənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır. Ə.Əbülhəsən.

□ Gömgöy göyərmək – göy ləkələr əmələ gəlmək, bərk göyərmək.
[Səriyyə:] Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. C.Cabbarlı.
Özü yoxsul balası, həm də qərib; Üz-gözü gör necə gömgöy göyərib. Ə.Vahid.

GÖMDÜRÜLMƏK
GÖMGÖY₁

Digər lüğətlərdə

беззасте́нчивый бирю́льки буквопеча́тающий гуртовщи́к изоба́ра механи́чный портре́тная безра́достность гору́шка доктринёр закути́ть инжене́рный нить оди́ннадцатый песчи́нка су́ппортный ошурки addiction concrete dooly endophyte superintend urban planner witticize срываться