GÜLDÜRMƏK

icb.
1. Gülməsinə səbəb olmaq. Uşağı güldürmək. Qıdıqlayıb güldürmək.
// Gülüş doğurmaq.
Cəfər əmi öz sözü ilə kimsəni güldürmək istəməmişdi. H.Nəzərli.
Hələ bir iş də Veyslə yoldaşlarını lap bərk güldürmüşdü. Ə.Əbülhəsən.

2. məc. Sevindirmək, kefini açmaq, şadlandırmaq, şənləndirmək.
[Almaz:] Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir. C.Cabbarlı.
Cürət! Odur bizi güldürən hər an; Cürətsiz bir həyat məhv olur, inan! S.Vurğun.

GÜLDÜRMƏ
GÜLDÜRÜCÜ

Digər lüğətlərdə