1. Çox geniş, çox böyük, rahat. Gen-bol yer. Gen-bol ev.
– Ağalıq evi təzə qayda ilə tikilmiş, iki mərtəbə gen-bol bir imarət idi.
Otaq çox genboldu, həyətə və balkona açılan qapıları vardır.
2. bax gen1 1-ci mənada. Gen-bol paltar.
– Dursun … gen-bol çit donunu geydi.
3. məc. Yaxşı, firavan, ehtiyacsız, rifah içində. Gen-bol (z.) yaşamaq. Gen-bol həyat.