GİLEY

is. Narazılıq, şikayət.
Nə xoş sitəmkarsan, zalimü xunxar; Onun üçün səndən çox gileyim var. M.P.Vaqif.
Mənim günahım çox, sənin gileyin; Onların nəhayət zamanı deyil. Q.Zakir.
Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. Çəmənzəminli.

□ Giley etmək (eləmək) – şikayətlənmək, narazılıq etmək.
Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. C.Məmmədquluzadə.
Giley etdikdə sənə, üz çeviribsən məndən; Gileyim var nə qədər səndən, a canan, sorma. Şəhriyar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİLEY şikayət — deyinmə — donquldama — narazı
  • GİLEY şikayət — deyingənlik
  • GİLEY GİLEY, ŞİKAYƏT Bir təbəssüm, bir gülüş; Min bir hekayət deyir; Giley, şikayət deyir (M.Rahim); GİLEY-GÜZAR [Vahabzadə:] Bilirdim ki, anam bu sözləri q

Antonimlər (əks mənalı sözlər)

  • GİLEY GİLEY – RAZILIQ Əlindən eşqimə gileyim yoxdur (R.Rza); Atam da razılıq vermişdi (H.Nadir)

Etimologiya

  • GİLEY Farscadır, əsli “gile”dir. Bizdə təhrif edilib və sonuna y samiti artırılıb. Mənası “şikayət” deməkdir
GİLDİYA
GİLEY-GÜZAR
OBASTAN VİKİ
Gileyli məscidi
Giləhli məscidi
Gileyli məscidi (İçərişəhər)
Gileyli məscidi və ya Comərd Gəray məscidi — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvanşahlar dövründə, sonra isə XIX əsrin ikinci yarısında. == Haqqında == Köhnə hissə xaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.

Digər lüğətlərdə