GİRD

f. 1) çevrə, dairə; 2) dönmə, dolanma.

GİRANMAYƏ
GİRDAB
OBASTAN VİKİ
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.
Dərə Girdələ (Bükan)
Dərə Girdələ (fars. داره گردله‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (26 ailə).
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Girdabad
Girdabad — Quba rayonu ərazisində dağ. Qaraçay və Babaçayın suayrıcıdır. Hündürlüyü 2406 m. Oronim girdə (yumru) və bad (yüksəklik, yamac, dağ döŞü, dağ ətəyi) komponentlərindən düzəlib, "yumru dağ yamacı" mənasındadır.
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə — IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Girdimançay
Girdimançay — Kürün sol qoludur. İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisindən axır. Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payız-da, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15–20 dəfə çox olur.
Girdimançay kanyonu
Girdimançay kanyonu Cənub-Şərqi Qafqazın əks yamacında, eyni­adlı çayın orta axarında yerləşir və Lahıc və Namazgah kəndləri arasındakı eninə istiqamətlənmiş hissəsinə cavab verir. Uzunluğu olan kanyon Namaz­gah sinkli­nalının şimal qanadı boyu orta təbaşirin şaquli halda yer­lə­şən tuf-qumdaşıları və tuf-konqlomeratlarının arasından keçib gedir. Dibi, demək olar ki, həmişə çayın gur axan suları ilə dolu olan kanyon əvvəllər Lahıc kəndinə soxulmaq istəyənlərin qabağını kəsən təbii sədd kimi xidmət göstərmişdir. O zaman yalnız dərənin dik şimal yamaçından çətin keçilən çı­ğır (onun izlə­rini indi də görmək mümkündür) mövcud olmuşdur ki, o da kan­yonun girişi ilə birlikdə möhkəm qorunarmış. Vəziyyət ancaq keçən əsrin birinci yarısında dəyişmişdir; belə ki, at-araba və avtomobil nəqliyyatına yol salmaq üçün kanyonun sıldırımlı cənub yamacında partlayış üsulu ilə, Azərbaycanda yol tikintisinin özünəməxsus abidəsi sayılan ensiz karniz açılmışdır.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki Azərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Girdə (Nəmin)
Girdə (fars. گرده‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 379 nəfər yaşayır (103 ailə).
Girdə evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Girdə hil
Girdə topalaq
Girdə topalaq (lat. Cyperus rotundus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.
Girdə xul
Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir. Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür.
Girdə zəravənd
Girdə zəravənd (lat. Aristolochia rotunda) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Girdəağızcıq yağıotu
Girdəbaş toppuztikan
Girdəbaş toppuztikan (lat. Echinops sphaerocephalus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Echinopus sphaerocephalus (L.) Scop. Echinops sphaerocephalus var. koelzii (Rech.f.) Parsa Echinops sphaerocephalus subsp. sphaerocephalus Echinops sphaerocephalus subsp. taygeteus (Boiss. & Heldr.) Maire & Petitm.
Girdəbaşlar
Girdəbaşlar (ingiliscə:Roundheads) — İngiltərə vətəndaş müharibəsi dövründə parlament tərəfdarlarının ləqəbi. Ləqəb onların saçlarını dəyirmi şəkildə vurduqlarından irəli gəlir.
Girdəcə dağı
Girdəcə — Qəbələ rayonu ərazisində dağ. Qəbələ rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, Qum və Tikanlı çaylarının suayrıcındadır. Hündürlüyü 1584 m. Oronim girdə (yumru, dəyirmi) sözündən və -cə şək.-sindən düzəlib, "yumru relyef formalı yüksəklik" deməkdir.
Girdəgöl (Meşkinşəhr)
Girdəgöl (fars. گرده گل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (8 ailə).
Girdəmeyvə cut
Girdəmeyvə cut (lat. Corchorus capsularis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cut cinsinə aid bitki növü. Corchorus cordifolius Salisb. Corchorus marua Buch.-Ham. Rhizanota cannabina Lour. ex Gomes Mach.
Girdəmeyvə zirinc
Müxtəlifayaq zirinc (lat. Berberis heteropoda) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 5014 nəfərdir. Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.

Digər lüğətlərdə