1. Tikilmiş, inşa edilmiş. Hörülmüş divar.
2. Bax hörmə 2-ci mənada.
Bir ara, qırmızı sapdan hörülmüş torun dalında elə bil [Fatmanın] gözləri qapandı.
[Dürrə] boynuna qamışdan hörülmüş bir zənbil asdı…
3. Hörük edilmiş, hörüklənmiş. Hörülmüş saç.
– Nərminə [Səltənətin] səliqə ilə daranıb hörülmüş zil qara, yoğun, gödək hörüklərinə nəzər salıb gülümsündü.