HƏMFİKİR

is.sif. [ fars. həm və ər. fikr] Eyni fikirdə olan, fikirləri, görüşləri, rəyləri bir olan; həmrəy, həmməslək, məsləkdaş. Həmfikir adamlar. Onlar bu məsələdə həmfikirdirlər.
– Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz; Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz. Şəhriyar.
Həsən bəy və onun həmfikirləri [Nəcəf bəy Vəzirov, Heydəri və başqaları] maarifpərvər, mütərəqqi və vətənini sevən adamlar idilər. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏMFİKİR bax: həmrəy
  • HƏMFİKİR həmfikir bax həmməslək, həmrəy
HƏMƏSR
HƏMHƏMƏ

Digər lüğətlərdə