Həsənqulu siyənəyi
Həsənqulu siyənəyi (lat. Alosa brashnikovi kisselevitchi) — siyənək cinsinin nümayəndəsidir.
== Yayılması ==
Xəzər dənizinin cənub hissəsində, başlıca olaraq, Həsənqulu-Çikişlər yaxınlığında və ondan bir qədər şimala doğru yayılmışdır. Qərb hissədə Astara və Sara adası yaxınlığında təsadüf edilir. Bəzən az miqdarda Qaraboğazgölə qədər çatır.
== Morfoloji əlamətləri ==
D III-IV 12-15, ümumi sayı 15-19,A III (IV) 14-19, ümumi sayı 17-22-dir. Bədəni qamətlidir. Alt çənəsi irəli çıxmır, bəzən hətta üst çənədən gödək olur.Yaxşı inkişaf etmiş dişləri və sıx, adətən ucları itilənmiş qəlsəmə dişcikləri vardır. Bədənin bel hissəsi tünd yaşıl, döş və qarın üzgəcləri tünddür. Uzunluğu adətən 30-35 sm, ən çox 40 sm-dir, 9 ilə qədər yaşayır.