1. Bir iş görmək üçün hazırlaşma, hazır olma. Yaz əkininə hazırlıq.
– [Ceyranın] fikrinə gəlir ki, [Eldar] bəzi hazırlıqlar üçün evə getmişdir.
Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə məşğul oldu.
□ Hazırlıq aparmaq – bax hazırlıq görmək.
[Atabəy:] Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız.
Hazırlıq görmək – bir iş üçün lazımi tədarüklər görmək. Yola hazırlıq görmək. Bayrama hazırlıq görmək.
– Kor padşah bir gün vəzir-vəkilini çağırıb, əmr elədi ki, hazırlıq görsünlər. ( ).
[Zahidoğlu] şofer Bağdadı çağırıb səfər üçün hazırlıq görməyi ona tapşırdı.
2. Məşğələ, dərs, mütaliə prosesində əldə edilən bilik ehtiyatı. İmtahanda hazırlığını nümayiş etdirmək. Hazırlığı olmamaq. Hazırlıq dərəcəsi.
3. Tədarük edilmiş şey; tədarük. Taxıl hazırlığı. Pambıq hazırlığı.
– Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi.