HAZIRLIQ

is.
1. Bir iş görmək üçün hazırlaşma, hazır olma. Yaz əkininə hazırlıq.
[Ceyranın] fikrinə gəlir ki, [Eldar] bəzi hazırlıqlar üçün evə getmişdir. S.Hüseyn.
Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə məşğul oldu. Mir Cəlal.

□ Hazırlıq aparmaq – bax hazırlıq görmək.
[Atabəy:] Sabahdan başlayaraq ordunun hərəkəti üçün hazırlıq aparmalısınız. M.S.Ordubadi.

Hazırlıq görmək – bir iş üçün lazımi tədarüklər görmək. Yola hazırlıq görmək. Bayrama hazırlıq görmək.
– Kor padşah bir gün vəzir-vəkilini çağırıb, əmr elədi ki, hazırlıq görsünlər. (Nağıl).
[Zahidoğlu] şofer Bağdadı çağırıb səfər üçün hazırlıq görməyi ona tapşırdı. S.Rəhimov.

2. Məşğələ, dərs, mütaliə prosesində əldə edilən bilik ehtiyatı. İmtahanda hazırlığını nümayiş etdirmək. Hazırlığı olmamaq. Hazırlıq dərəcəsi.
3. Tədarük edilmiş şey; tədarük. Taxıl hazırlığı. Pambıq hazırlığı.
– Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAZIRLIQ tədarük
  • HAZIRLIQ başlanğıc
  • HAZIRLIQ hazırlıq bax tədarük
HAZIRLATMAQ
HAZIRLIQLI

Digər lüğətlərdə