HERİK

is. k.t. Payızda şumlanıb dincə qoyulma. Qarğıdalıdan sonra əkilmiş buğdanın dəni herik edilmiş zəmidə yetişdirilən buğdanın dənindən ağır olur.
□ Herik şumu k.t. – payız şumu.
HERBÁRİ
HERMAFRODİT
OBASTAN VİKİ
Herik qoyunu
Herik qoyunu – Azərbaycanda qoyun cinsi. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Dizac-i Herik (Xoy)
Dizac-i Herik (fars. ديزج هريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (87 ailə).
Heriknaz
Heriknaz — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Poladlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Tərtər çayı boyundan gəlmiş və kolanı tayfasından olan Ocaqqulu adlı şəxs salmışdır. Sonralar kənd onun arvadı Heriknazın (Ərkinazın) adı ilə adlandırılmışdır. Kəndin adı Əriknaz variantında da qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Digər lüğətlərdə