Hipnoz
Hipnoz — psixologiya elminə görə, təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır. Hipnoz sözü yunan tanrısı Hipnosun adından götürülüb. Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür.
Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S. James Braiddir(1795–1860).
Çox qədimdən gizli elm kimi istifadə olunurdu. Hipnoz tormozlanması fizioloji yuxu tormozlanmasının eynisidir.
Hipnoz, ruh və bədən əlaqəsinin (nəticədə perispri və bədən əlaqəsinin) rahatlaması nəticəsində yaranan bir trans halıdır.
== Metapsişikdəki Hipnoz Üsulları ==
Hipnoz halı iki yolla təmin edilir: Maqnetizma yoluyla (maqnetik yuxu) və hipnoz texnikalarıyla (hipnotik yuxu). Maqnetizma üsullarını süjelər üzərində bilinən mənada ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizma" adını verən adam, canlılar üzərindəki maqnetizmanın kaşifi sayılan, Franz Anton Mesmerdir (1734–1815). Maqnetik hipnoz, hipnotik hipnoza müqayisədə həm daha dərin və təbii bir degajman halıdır, həm də ruhi araşdırmalar üçün, daha faydalı və bol imkanlar təqdim edir.