HİSLƏNMƏK

f.
1. Tüstülənmək, yaxşı yanmadığından his buraxmaq. Tonqal hislənir. Ocaq hislənirdi.
– Əhməd şüşəsi hislənmiş ( f.sif. ) lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. İ.Şıxlı.

2. His çəkmək, hisə bulanmaq, hisdən qaralmaq. Lampanın şüşəsi hislənmişdir.
– Babalarımızın bu köhnə “imarət”ə (qara dama) nədən “qara” adı verdiyini bilirsinizmi? İki şeydən: biri, üstünə tökülən qara torpaqdan, o biri, tüstüdən içərisi hislənib, qurum tutaraq qaralmağından. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HİSLƏNMƏK paslanmaq — çirklənmək — kirlənmək
HİSLƏNMƏ
HİSLİ

Digər lüğətlərdə