hurry1
n tələsmə, qaç-qov, tələskənlik, tələsiklik; undue ~ lüzumsuz tələsiklik; in a ~ tez-tələsik, atüstü, tələsik halda
hurry2
v 1. tələsmək; to ~ after smth. bir şeyin dalınca qaçmaq; to ~into one’s clothes tez-tələsik geyinmək; 2. tələsdirmək, qısnamaq, tezləşdirmək, sürətləndirmək; Don’t hurry me! Məni tələsdirmə! / tələsdirməyin!; Hurry him up! Onu tələsdir! / tələsdirin!; to ~ away tələsik yola düşmək; to ~ off tez-tələsik çıxıb getmək; Hurry up! Tez ol! / olun!, Tələs! / Tələsin!;
◊ Hurry no man’s cattle Səbrin / Səbriniz olsun