Huşəng Azəroğlu
Huşəng Azəroğlu (1938, Ənzəli, Gilan ostanı – 19 iyun 2019, Ənzəli, Gilan ostanı) — azərbaycanlı müğənni və aktyor. 1985-ci ildə Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülüb.
== Həyatı və fəaliyyəti ==
Huşəng Azəroğlu 1938-ci ildə Ənzəli şəhərində anadan olub. 13 yaşında ikən hər iki valideynini itirib. Bir müddət özünü peşəkar idmanda sınayıb, İranın milli komandasında güləşib. Gənc ikən Bakı radiosundan yayımlanan Azərbaycanın muğam musiqisindən xüsusilə Xan Şuşinski və Cabbar Qaryağdıoğlunun ifalarından təsirlənərək Vəli Vahid və Məşədi Salamat kimi musiqi ustadlarından musiqi təhsili almağa başlayır. Sonrakı illərdə Mustafa Payanın şagirdi olur. O, 1979-cu İslam İnqilabına qədər 20 filmdə rol oynayıb. Məşhur aktyor Məhəmmədəli Fərdin ilə birlikdə Gənc-i Qarun filmində də rol alıb. İranda islam inqilabından sonra İstanbula köçüb, uzun illər orada yaşayıb.