□ Hüsn-rəğbət bəsləmək – xoş, xeyirxah, yaxşı münasibət göstərmək.
Hüsaməddin Qətibənin … Atabəy Məhəmməddən intiqam almaq fikirlərinə hüsn-rəğbət bəsləyirdi.
Hüsn-rəğbətini qazanmaq – hər hansı bir münasibətlə birində özünə qarşı xoş, xeyirxah, yaxşı münasibət, sevgi hissi oyatmaq.
[Rəşid:] Qurbanqulu hünəri və məhəbbəti sayəsində cümlə kəndin hüsn-rəğbətini qazanmışdı.
Zabit qəhrəmananə bir vəziyyətlə Nəsir bəyin evindən çıxdı. Nəsir bəyin hüsn-rəğbətini qazanmaq böyük səadətdi!