Şah xoşhal olub buyurdu ki: – Razıyam onun həlakına, sabah bu tədbir tamam və kamal icra olunacaqdır.
□ Həlak etmək – 1) öldürmək, məhv etmək, yox etmək, tələf etmək.
Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak.
Kəndin mollası da ona get demiş; Get öz düşmənini həlak et demiş. ;
2) məc. üzüb əldən salmaq, həddən artıq yormaq, üzmək. Çox işləyib özünü həlak etmək.
Həlak olmaq – 1) ölmək, məhv olmaq, tələf olmaq.
Qərib bir müddət yol gəldikdən sonra altındakı at tab gətirməyib həlak oldu. “ ”.
Yavər Vətən yolunda həlak olmuşdu. ;
2) məc. yorulub əldən düşmək, həddindən artıq yorulmaq, üzülmək. İşləməkdən həlak olmaq. – Xalidə bir saat əvvəl yuxudan oyanmışdı.
Ağlamaqdan həlak olurdu.