İdiomların tərcüməsi
idiomların tərcüməsində aşağıdakı hallarla rastlaşırıq: 1) idiomun idiomla tərcümə olunması. Belə tərcümə o təqdirdə mümkündür ki, nə zaman tərcümə olunan dillə orijinalın dilində mənaca ekvivalentlər vardır. 2) idiomların analoqun, daha doğrusu, idiomun köməyilə tərcüməsidir ki, o digər obrazla bağlı olmaqla eyni fikri verə bilir. Bununla belə, bu üsuldan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır ki, tərcümə edilən dildəki mətnə yad olan spesifik şəraitin ab-havasını gətirməyəsən. 3) təsviri tərcümə. Bəzən elə olur ki, tərcüməçi öz dilində müvafiq ekvivalent, analoq axtarıb tapa bilmir, yaxud da bütün yaxın variantlar öz dilində olan tipik şəraitin möhürünü əks etdirir. Belə olduğu halda, tərcümə üçün nəzərdə tutulmuş mətnin xüsusiyyətləri ilə hesablaşmadan dövrün idiomatik tərcüməsini vermək olar.