İRMƏK

Çatmaq, yetişmək, irişmək.

Kərəm deyər, axırına irilməz,

Ərəb at yorulur, könül yorulmaz,

Könül bir saraydı, sınar, hörülməz,

Əzəli, sonrası köç olur könül.

                             (“Əsli və Kərəm”)

                          *

Kərəm deyər, burda qoysaq sazları,

Xatirimə düşdü şirin sözləri,

Qaradı qaşları, ala gözləri,

Sən də muradına ir, səhər yeli!

                                 (“Əsli və Kərəm”)

                                 *

Cida düşdük biz çöllərə,

Bülbül də qona güllərə.

Gedərik neçə ellərə,

İrərik muradımıza biz. 

      (“Mahmud-Niyar xanım”)

İRİŞMƏK
İRMƏK

Digər lüğətlərdə