KÖPÜRMƏK₁

f.
1. Qabarıb köpüklənmək, qabarıb şişmək, kükrəmək. Dəniz köpürmüşdü. – Yel üfürdü, su köpürdü. ( Ata. sözü ).
[Nəbi:] Birlikdə çıxardıq dağa ikimiz; Baxırdıq köpürüb axan sulara. S.Rüstəm.
Ömür dedikləri coşqun çay kimi; Kükrəyib köpürür, hər zaman gedir. M.Rahim.

2. məc. Bərk hirslənmək, coşmaq, özündən çıxmaq.
Bir anda köpürmüş, bir anda sönmüş; Xırçın əməllərin yadıma düşdü. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖPÜRMƏK köpürmək bax 1. köpmək 1; 2. köpüklənmək; 3. hiddətlənmək
KÖPÜRMƏK₂
KÖPÜRTMƏ

Digər lüğətlərdə