KÜRƏKLİK is. və sif. Kürək qayırmağa yarar, kürək qayırmaq üçün (ağac və s.). Kürəklik ağac. – Sən gördüyün ağaclar kürəkliyə kəsildi. ( Ata. sözü ). Gəldi, gördü ki, bu həyət daha o həyət deyil, gördüyü ağaclar kürəkliyə kəsilmişdir. Mir Cəlal.