KƏBƏ

is. [ ər. ]
1. Məkkədə müsəlmanların müqəddəs saydıqları bina – qibləgah.
Ey həqqi hər yerdə hazırdır deyən əgrinəzər; Bəs nə mənada seçərsən Kəbədən bütxanəni? Nəsimi.
[Şeyx Nəim:] Eylədin Kəbə qarşısında yəmin; O bu gün məhv olurmu bir qız için? H.Cavid.

// məc. Əsas, mərkəz.
Mərhum Molla Tarqulu həmişə deyərdi ki, Danabaş kəndi yer üzünün Kəbəsidir, yəni mərkəzidir. C.Məmmədquluzadə.

2. məc. Ən əziz, ən istəkli, ən müqəddəs sayılan şey haqqında.
[İmran:] Onun Kəbəsi mücrüdür ki, gündə yeddi dəfə başına dolansın. S.S.Axundov.

KEYSU
KƏBİN

Digər lüğətlərdə