KƏCAVƏ

is. [ fars. ] Keçmişdə Şərqdə: səfərə çıxan adlı-sanlı adamlar üçün minik heyvanlarının, adətən, dəvənin üstündə düzəldilən örtülü yer.
Nigar xanımı atdan düşürüb, kəcavəyə mindirdilər. Koroğlu”.
[Fazil:] …Bu vilayətdə olan dəli kişilərin övrətləri … gərək öz ərlərinin qardaşlarına siğə olub bu kəcavələrə əyləşsinlər. C.Məmmədquluzadə.
Qadınların istiqbalçı qafiləsi taxt-rəvan və kəcavələrdə gedir və hər kəsin nəzərini özünə cəlb edirdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏCAVƏ KƏCAVƏ (keçmişdə heyvan və dörd adam tərəfindən aparılan içərisində hökmdarlar, xanımlar və s. daşımaq üçün qurğu) Kəcavədə xanımı; Aparırlar ol üstə;
KƏC₁
KƏCBİN

Digər lüğətlərdə