KƏMETİNALIQ

is. Etinasızlıq, diqqətsizlik.
Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub, gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı.
Bu nazənin gözəlin yaxşı dilgüşalığı var; Heyif, öz aşiqinə çox kəmetinalığı var. Ə.Vahid.

□ Kəmetinalıq etmək (göstərmək) – etinasızlıq göstərmək.
Hətta arvadlar da kəmetinalıq etməyib, darvazaların arasından kərbəlayıya təhqiqlə nəzər yetirirdilər. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏMETİNALIQ kəmetinalıq bax etinasızlıq
KƏMETİNA
KƏMƏDƏB

Digər lüğətlərdə